SEÇİM.AZ sığorta aqreqatorudur.
Biz vaxtınızı və pulunuzu qənaət etmək üçün, bazarda istənilən növ
ən sərfəli sığorta təkliflərini sizin üçün tapırıq.

Özü də bunu PULSUZ edirik

Sizə uyğun ən sərfəli təklifləri tapmaq üçün, qısa formanı doldurmaq kifayətdir. Bunu telefondan belə etmək rahatdır, artıq suallar da vermirik.

KASKO TƏKLİFLƏRİNİ TAPMAQ

EKSPERTİZA

Gəlin etiraf edək ki, sığorta alışı baş ağrısıdır — tariflər, təminatlar, risklər, franşıza, istisnalar, sığorta şirkətlərinin çevikliyi, agentlərin dürüstlüyü, prosedurların şəffaflığı və s. Bütün bunları biz öz üzərimizə götürürük — təklifləri incələyərək, düzgün seçim etməkdə köməklik edirik.

QƏNAƏT

Əksər hallarda bizim vasitəçiliyimizlə istənilən növ sığorta əldə edərkən siz qənaət edirsiz, nəinki sığorta şirkətlərindən birbaşa alanda.

ŞƏFFAFLIQ

Sığorta agentləri, brokerləri və agentlikləri kimi vasitəçilərdən fərgli olaraq, sığorta müqaviləsi bağlamaq üçün biz müştəridən pul almırıq. Siz birbaşa sığorta şirkətinə pulu ödəyirsiz, pul bizdən keçmir deyə, risk də yoxdur. Bununla biz tam şəffaflığı təmin edirik.

BİTƏRƏFLİK

Bizim heç bir sığorta şirkətindən asılılığımız yoxdur, hamı ilə eyni şərtlərlə işləyirik və bu bizə bitərəf qalmağa imkan verir.
1-ci ADDIM
Siz saytımızda formanı doldurursuz. Bunun üçün cəmi bir neçə dəqiqə lazımdır.
2-ci ADDIM
Biz sorğunuzu alırıq, təklifləri yığırıq və onları ələkdən keçirib, sizə ən yaxşı variantları göndəririk.
3-cü ADDIM
Sizə rahat olan vaxta görüş təyin edib, ən səmərəli variantın seçilməsinə dair məsləhətimizi veririk.

Çox güman ki, aşağıdakı suallarınız yaranıb:

Müştəri üçün sizin xidmətlər pulsuzdursa, siz haradan qazanırsız?

Bizim qazanc sığorta şirkətlərindən gəlir, onlar bizə müştəri cəlb etdiyimizə görə pul ödəyirlər. Onu da nəzərə alın ki, bizim vasitəçilimizlə aldığınız sığorta ən azından baha olmayacaq, əksinə, böyük ehtimalla sığorta şirkətindən birbaşa ala biləcəyiniz təklifdən ucuz olacaq.

Mən nə cür əmin ola bilərəm ki, siz ən bahalı variantı məsləhət görüb, daha çox qazanmağa çalışmayacaqsız?

Birincisi, ən bahalı variant hələ ən yaxşı demək deyil. İkincisi, sığorta işində müştərini yalnız bir dəfə aldatmaq olar və belə müştəri heç vaxt geri qayıtmayacaq, üstəlik bütün tanışlarına da başına gəldiyini danışacaq. Bu, diletantların və fırıldaqçıların yoludur. Bizi isə uzunmüddətli münasibətlər maraqlandırır. Sığorta sektorunda 10 ildən çox təcrübəyə sahib olaraq, bu sahəni dərindən bilib, etimad qazana bilənləri və bunu edə bilməyənləri müşahidə edərək, biz bilirik ki, bu işdə uğura aparan yalnız bir yol var — ETİBAR QAZANMAQ.

Mən niyə sizə müraciət etməliyəm, sığorta şirkətlərin təkliflərini müqayisə etməyə nə var ki?

Doğurdan da, əsas şərtləri minimal sığorta anlayışlarını bilən istənilən kəs müqayisə edə bilər. Lakin, ən önəmli məsələlər detallardadır. Bizə müraciət etməyin bir neçə səbəbi var:
  1. 1Biz bazarın bütün oyunçularını, siz öz məhlə uşağlarınızı tanıdığız kimi tanıyırıq;
  2. 2Detalları özünüz araşdırmaq istəsəz, yaxın günlərdə olan planlarınızı təxirə salın :)
  3. 3Bizim vasitəçiliyimlə, boyük ehtimalla, ucuz olacaq;
  4. 4 Bizim xidmətlər sizin üçün pulsuzdur.

Sizin digərlərindən nəyiniz üstündür?

Bizdən əvvəl bazara oxşar ideya ilə çıxmaq istəyənlərin nəyi isə çatışmırdı — kiminsə kifayət qədər ekspertizası yox idi, digərlərin dürüstlük problemi var idi, kimsə obyektivliyi və bitərəfliyi təmin edə bilmədi. Biz onların təcrübələrini araşdırdıq. Ekspertizamız var, özü də çox istiqamətli. Şəffaflıq məsələsini köklü həll etdik — sığorta şirkətlərin vasitəçisi olmaqdan imtina etdik, pul bizdən keçməsin deyə. Obyektivliyi təmin etmək üçün də sığorta şirkətləri ilə vahid şərtlərlə işləyirik.

HAZIRSINIZ? ONDA İRƏLİ!

KASKO TƏKLİFLƏRİNİ TAPMAQ

TƏRƏFDAŞLAR:

ŞİKAYƏTİNİZ VAR?

Bütün insanlar kimi biz də səhv edə bilərik. Xidmətimizdən narazı qalsanız, sosial şəbəkələrdən öncə bizimlə bölüşməyinizi xahiş edirik. Bunun sayəsində biz vaxtında reaksiya verib, narazılığın səbəbini aradan qaldıra bilərik və nəticədə xidmətimizi yaxşılaşdıra bilərik.